Xalq bank rəsmisi binasindan "imtina etdi" - AÇIQLAMA

Bu gün səhər saat 9 radələrində "Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə ANN.Az-da gedən xəbəri bankın mətbuat katibi Elşən Eynullayev APA agentliyinə verdiyi məlumatda təksiz edib və bildirib ki, "mətbuat orqanlarında yayılan məlumatlar" həqiqəti əks etdirmir.
www.ann.az
E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. Bununla yanaşı o, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.
ANN.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda FHN işçiləri "Xalq bank"a məxsus və onun binasına bitişik bütün anbarları açdırır və qarşıda duran binanın sakinlərinə hətta eyvana çıxmağı qadagan ediblər. Sakinlərin bu qadaga nə ilə baglıdır sualına cavabında isə FHN içiləri bunu təhlükəsizlik məqsədi üçün etdiklərini bildirir.
Partlayış olan anbarda "Xalq bank"ın baş ofisinin binasına aid generatorların yerləşdirildiyi bildirirlir. Odur ki Elşən Eynullayevin "baş verən partlayışın bankla əlaqəsi yoxdur" dedikdə nə nəzərdə tutduğu aydın olmur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























