“Dövlət aldığı peyvəndlərə görə məsuliyyət daşımalıdır” - AÇIQLAMALAR

Azərbaycanda peyvənd həftəsinə başlanıb. Səhiyyə naziri Oqtay Şirəliyev "Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb. Əmrdə respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi”nin keçirilməsi, respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların "İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır.
Dövlətin uşaqlar üçün pulsuz peyvəndlər təşkil etməsinə baxmayaraq, bir çox valideynlər dərmanların keyfiyyətindən şikayətçidirlər. Peyvəndin keyfiyyətsiz olduğunu, uşaqlarda xəstəliklər yaratdığını bildirirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla və psixoloq Vəfa Əkbər peyvəndin uşaqlar üçün önəmli olduğunu, ancaq cəmiyyətdə peyvəndə qarşı birmənalı münasibətin olmamasının əsas səbəblərini ANN.Az-a şərh ediblər.
"Dövlət aldığı peyvəndlərə görə məsuliyyət daşımalıdır” - Adil Qeybulla
Dövlətin uşaqlar üçün pulsuz peyvəndlər təşkil etməsinə baxmayaraq, bir çox valideynlər dərmanların keyfiyyətindən şikayətçidirlər. Peyvəndin keyfiyyətsiz olduğunu, uşaqlarda xəstəliklər yaratdığını bildirirlər.
Tibb elmləri doktoru, professor Adil Qeybulla və psixoloq Vəfa Əkbər peyvəndin uşaqlar üçün önəmli olduğunu, ancaq cəmiyyətdə peyvəndə qarşı birmənalı münasibətin olmamasının əsas səbəblərini ANN.Az-a şərh ediblər.
"Dövlət aldığı peyvəndlərə görə məsuliyyət daşımalıdır” - Adil Qeybulla

Həkim Adil Qeybullanın sözlərinə görə, uşaqları peyvənd etdirmək son dərəcə zəruridir: "Valideynlər çox vaxt şayiələrə uyurlar ki, peyvəndin fəsadları var. Əsla, bu haqda deyilənlər ancaq şayiə ola bilər. Düzdür, peyvənd olunmamışdan öncə uşaqlar yoxlanılmalıdır. Allergik reaksiyası olan, müxtəlif başqa xəstəlikləri olan uşaqlar öz həkimlərinin nəzarəti altında və onların müəyyən tövsiyyəsi ilə peyvənd olunmalıdır. Peyvənd xəstəliklərdən qorunmaq üçün çox mühüm bir vasitədir. Dünyada epidemiya yaymağa meyilli olan, kütləvi insan tələfatına səbəb ola bilən 4 xəstəlikdən biri "Təbii çiçək” artıq bugün yoxa çıxıb. Ümumdünya xəstəlik raportundan bu xəstəliyin adı çıxarılıb. Yaşlı nəslin qollarına baxsaz, peyvəndin izlərini görəcəksiniz. O vaxt kütləvi olaraq hamı peyvənd olunurdu. Bu gün isə o xəstəlik dünyada yoxa çıxıb. Yəni bu xəstəlik peyvəndin nəticəsində yox çıxıb. Bugünləri "Göy öskürəyin”, "Skarlatina” xəstəliyinin, "Qızılca”nın kütləvi şəkildə qarşısının alınmasının səbəbi məhz peyvənddir. Hesab edirəm, peyvəndə cəmiyyətimizdə isti yanaşılmaldır. Biz çox şükür etməliyik ki, peyvəndlər var. Məsələn Hepatit B-nin hazırda peyvəndi var. Hepatit - B sağalmaz bir xəstəlikdir. Onun peyvəndi nəticəsində bu xəstəlikdən qorunmaq mümkündür. Niyə də bundan istifadə olunmasın? Bu peyvəndin də orqanizmə heç bir ziyanı yoxdur. Ümumiyyətlə uşaq anadan olanda Hepatit B-yə, vərəmə qarşı peyvənd olunmalı, Polimelit vaksinləri vurulmalıdır”.
"O ki, qaldı dövlətin peyvənd üçün gətirdiyi dərmanların keyfiyyətinə, əsasən Avropadan gələn dərmanlar daha keyfiyyətli olur. Çünki onların keyfiyyət parametrləri çox yüksəkdir. Ölkəyə idxal olunan dərmanlar müəyyən ekspertizadan keçirlər. Çünki bu peyvəndlər kütləvi aparılan bir işdir. Xüsusilə də genefondla bağlı olan bir xassədir. Əgər peyvəndlərin Avropadan deyil, başqa dövlətlərdən (misal üçün Hindistan) gətirilməsi barədə hər hansı söhbətlər varsa, bunlar mütləq sürətdə araşdırılmalıdır. Dövlət aldığı peyvəndlərə görə məsuliyyət daşımalıdır”. – deyə A.Qeybulla bildirib.
Həkim uşaqlara vurulan peyvəndlər zamanı istisnaların da mövcud olduğunu diqqətə çatdırırb: "Bu tipdə çox şayiələr var. Nə bilim, uşağım peyvənddən şikəst oldu, çarəsiz xəstəliyə tutuldu və.s bunların hamısı şaiyədir. Düzdür, nadir hallarda peyvənd nəticəsində müxtəlif reaksiyalar, güclü allergiyalar ola bilər. Belə olan halda, elə uşaqlara nəinki peyvənd, adi bir iynə də vursan onlarda reaksiyalar görünəcək. Belə uşaqların öz pediatrları olur, nəzarətdə saxlanılırlar. Pediatrlar bəzən uşaqların kəllə daxili hipertenziyaları ilə bağlı peyvənd vurulmasını təxirə salırlar. Amma onun icazəsindən sonra peyvənd vurulur. Belə hallar kütləvi deyil. Bu cür istisnalar da mövcuddur. Onlara fərdi yanaşılmaldır”.
"Heç bir valideyn istəməz ki, uşağı bir peyvəndə görə ömür boyu əzab içində yaşasın” - Vəfa Əkbər

Psixoloqun fikrincə, valideynlər çox vaxt düşünürlər ki, uşaqları pulsuz peyvənd edib, bir ömür boyu onu müalicə etməkdənsə, pul verib özəl müəssisələrdə peyvənd etmək yaxşıdır: "Bu zaman valideyn də arxayın olur ki, bu peyvənd ildə bir dəfə vurulur, buna görə övladının canını təhlükə altına ata bilməz. Heç bir valideyn istəməz ki, uşağı peyvəndə görə bir ömür boyu əzab içində yaşasın. İnsanlarda pulsuz peyvəndlərə qarşı inam qalmayıb. Bu inamı qazanmaq üçün uzun müddət lazımdır. Bu da o deməkdir ki, bizim müəyyən həkimlər insalarda inam yarada bilməyiblər. Düşünmürəm ki, bu proses bir neçə il ərzində bərpa oluna bilsin. Bir neçə müddət bundan əvvəl sosial şəbəkələrdə peyvənd ediləndən sonra körpənin vəfat etməsinin, uşaqlarda bəzi fəsadlar yaratmasının şahidi olmuşuq. Bu hadisələri radio, televiziya, kütləvi informasiya agentlikləri dərc etdiyinə görə, bir çox valideynlərdə qorxu yaranıb. Bunları eşidən hansı valideyn uşağının pulsuz peyvənd olmasına razılaşar? Ümumiyyətlə, pulsuz müayinələr zamanı həkimlər insanlarla elə davranırlar, bunu ancaq görmək lazımdır. Pullu müayinə ilə pulsuz arasındakı fərqin yəqin hamımızı şahidi olmuşuq”.
Psixoloq Vəfa Əkbər cəmiyyətdə pulsuz peyvəndə qarşı olan inamı yenidən qazanmağın bir çox yollarından söz açıb: "İlk olaraq cəmiyyətdə həkimlərə qarşı inam yaranmalıdır. Onların pasiyentlərlə normal münasibətləri formalaşdırmalıdır. Peyvəndlərin vurulması zamanı daha çox həssas olmaq lazımdır. Çünki adi bir səhlənkarlıq bir körpənin həyatı məhv edə bilər. Uzun müddətli olsa da, bu proseslərin davamlı getməsi, cəmiyyətdə pulsuz peyvəndə qarşı inamı azacıq olsa da artıra bilər”.
Qeyd edək ki, ölkədə bu gündən start verilən peyvənd həftəsi, aprelin 30-dək davam edəcək.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























