• $
  • €
  • ₽
  • ₺
  • £

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verəcək

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verəcək
26.04.2016 12:17
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunacaq.

İmtahanda abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 8109 abituriyent qeydiyyatdan keçib. Bakıda 5355 , Naxçıvanda 26 , Gəncədə 855, Sumqayıtda 527, Şəkidə 347, Ağcabədidə 107, Göyçayda 208, Şirvanda 156, Lənkəranda 133, Xaçmazda 395 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 56 imtahan rəhbəri, 667 nəzarətçi müəllim ayrılıb.

Qeyd edək ki, mayın 1-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 12-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol