• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
26.04.2016 20:18
Azərbaycan Respublikası Baş Prokurorluğu və Hərbi Prokurorluğunun təşkilati üzvü və çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.
 
 
Həmin qurumla əməkdaşlıq çərçivəsində aprelin 26-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraçı direktoru xanım Yanne Holst Hübner və Assosasiyanın Baş müşaviri cənab Rasmus Vandal Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, "Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.
 
 
Sonra nümayəndə heyəti Baş Prokurorluqda olub. Qonaqları salamlayan Baş prokuror Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunverici və institusional tədbirlər, o cümlədən "ASAN xidmət” mərkəzləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyətləri barədə ətraflı məlumat verib, Assosiasiya ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib.
 
 
Ölkəmizin ən çox terrordan əziyyət çəkən dövlətlərdən biri olduğunu diqqətə çatdıran Baş prokuror separatçı erməni hərbi birləşmələri tərəfindən beynəlxalq hüququn normaları pozularaq 25 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq soydaşlarımızın öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altında olan ərazilərdə bütün infrastruktur və mədəniyyət abidələrinin dağıdılması barədə geniş məlumat verib.
 
Görüşdə aprelin əvvəllərindən başlayaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni silahlı qövvələrinin vəziyyəti gərginləşdirərək atəşkəs rejimini pozması nəticəsində cəbhəboyu ərazilərdə yaşayan mülki əhali arasında itkilərin olması və dinc əhalinin yüzlərlə mülkiyyətinin dağıdılması nəzərə çatdırılıb.
 
Təmsil olunduqları qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaqlar Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndiriblər.Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
 
 
Daha sonra nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında quruma fərdi üzv qəbul edilmiş gənc prokurorluq əməkdaşları ilə görüşmüş və onlara Assosiasiyanın üzvlük vəsiqələrini təqdim ediblər.
 
 
Xanım Y.Hübner və cənab R.Vandalla görüş zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın elektron səhifəsində rus versiyasının və Korrupsiyaya qarşı Mübarizə aparan Prokurorlar Şəbəkəsinin (NACP) səmərəli fəaliyyətinin təmin edilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar  fikir mübadiləsi aparıb.
 
 
Səfər çərçivəsində qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı "Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.
 
 
Nümayəndə heyətinin səfəri davam edir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol