• $
  • €
  • ₽
  • ₺
  • £

Formula 1 yarışları ilə əlaqədar Neftçilər Xəstəxanasında yeni palata yaradılır

Formula 1 yarışları ilə əlaqədar Neftçilər Xəstəxanasında yeni palata yaradılır
28.05.2020 23:06
Formula 1 yarışları ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasında yeni palata yaradılır

"Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən Formula 1 Bakı "Grand Prix" ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya və anesteziologiya şöbəsinin nəzdində xüsusi şəraitə malik yanıq palatası yaradılır”. Bunu APA-ya MNX-nın Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov deyib.
 
O bildirib ki, Səhiyyə Nazirliyi və MNX-nın rəhbərliyi tərəfindən yanıq palatasının sxemi hazırlanaraq təsdiq olunub: "Səhiyyə Nazirliyi tərəfindən artıq lazımi tibbi avadanlıq sifariş olunub. Tibbi avadanlıq mayın 15-20-i aralığında Bakıya gətiriləcək. Yanıq palatası bütün standartlara uyğun hazırlanıb. Müvafiq olaraq 10 nəfər həkim və 10 nəfər tibb bacısına Mərkəzi Neftçilər Xəstəxanasında Səhiyyə Nazirliyi tərəfindən məşğələ keçirilib. Reanimasiya şöbəsinin 2 həkimi və 2 tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində 1 aylıq təlimdə olublar”.
 
Şöbə müdiri qeyd edib ki, Formula 1 Bakı "Gran Prix" ilə əlaqədar hazırda Türkiyədən dəvət olunmuş həkim-mütəxəssis Bakıdadır: "Həmin professor Bakıdadır. O xəstəxanada yanıq palatasının heyəti və 103 təcili yardım xidməti üçün seminarlar keçirir. Eyni zamanda, Formula 1 Bakı "Gran Prix" ilə əlaqədar MNX-da təcili hallarda koordinasiya, ilk yardım və ixtisaslaşdırılmış yardım sistemi üzərində çalışır”.
 
 
R. Əsədov əlavə edib ki, yanıq palatasında işlər mayın 15-20-i tam yekunlaşacaq.
 
 
Qeyd edək ki, MNX Formula 1 "Gran Prix" əlaqədar əsas tərəfdaş xəstəxana olaraq nəzərdə tutulub. Formula-1 Bakı "Gran Prix"nə bu il iyunun 19-da Bakıda yerli vaxtla saat 18.00-da start veriləcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol