• $
  • €
  • ₽
  • ₺
  • £

“Formula-1”in keçiriləcəyi günlərdə Bakı Bulvarı bağlı olacaq

“Formula-1”in keçiriləcəyi günlərdə Bakı Bulvarı bağlı olacaq
27.04.2016 16:37
Bakı Bulvarının bir hissəsi iyunun 17-19-da Avropa Qran Prisinə bileti olmayanlar üçün bağlı olacaq.

Oxu.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, Dənizkənarı bulvarda Azneft meydanından Dəniz vağzalına qədər olan hissədə "Formula-1” şəhərciyi olacaq, bileti olmayan isə əraziyə buraxılmayacaq.

Nigar Arpadarai bildirib ki, bilet almayanlar "Formula-1” şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə tanınmış dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışını izləyə bilməyəcəklər.

"Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər”.

Onun sözlərinə görə, bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər:

"Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Məqsədimiz Avropa Qran Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir”.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Oxu.Az-a bildirb ki, idarənin əməkdaşlarına bulvara sərbəst daxil olmaq üçün xüsusi buraxılış veriləcək. 

Qeyd edək ki, "Formula-1” Avropa Qran Prisi iyunun 17-19-da Bakıda keçiriləcək. "Formula-1” şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsı ardıcıllıqla çıxış edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol