• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhədə gərginlik: Ağdamda ölən və yaralanlar var - SİYAHI

Cəbhədə gərginlik: Ağdamda ölən və yaralanlar var - SİYAHI
29.05.2020 10:41
Aprelin 27-si gecə saatlarından etibarən ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Bu barədə "Report”a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Ölən şəxs rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.

Yaralılar isə bunlardır:

1. Abdullayev Anar Nizami oğlu, 1975-cı il təvəllüdlü, Çəmənli kəndi;

2. Rəhimov Zahid Vəliş oğlu, 1985-cı il təvəllüdlü, Çəmənli kəndi;

3. Hüseynov Əli Müseyib oğlu, 1943-cı il təvəllüdlü, Çəmənli kəndi;

4. Kərimov Sirdaş Şükür oğlu, 1962-cı il təvəllüdlü, Çəmənli kəndi;

5. Məmmədov Adil Musdu oğlu, 1955-cı il təvəllüdlü, Çəmənli kəndi;

6. Məmmədov Elnur Polu oğlu, 1978-cı il təvəllüdlü, Əfətli kəndi;

7. Qarayev Elgiz Elbrus oğlu, 1985-cı il təvəllüdlü, Qaradağlı kəndi;

8. İmanov Məhəmmədəli Soltan oğlu, 1963-cı il təvəllüdlü, Zəngişalı kəndi (kontuziya).

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan əksəriyyətinin vəziyyəti orta-ağırdır.

Bundan başqa, "Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza və 2 ev dağılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol