• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluğu layihəsi baxılması üçün geri qaytarıldı

Dövlət qulluğu layihəsi baxılması üçün geri qaytarıldı
28.04.2016 13:24
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında” qanunda dövlət qulluğuna qəbulla bağlı dəyişikliklər layihəsi narazılığa səbəb olub.

APA-nın məlumatına görə, deputat Çingiz Qənizadə bildirib ki, ümumiyyətlə dövlət qulluğuna qəbulda müsahibə ləğv olunmalıdır: "Müsahibə mərhələsi subyektivliyə gətirib çıxarır ki, bunun da nəticəsində bir çox savadlı kadr dövlət qulluğuna keçə bilmir. Namizəd test mərhələsində uğurlu nəticə göstəribsə, daha müsahibəyə nə ehtiyac var? Yeni layihədə dövlət qulluğuna qəbul asanlaşdırılmaq əvəzinə daha da çətinləşdirilib. Hesab edirəm ki, layihə yenidən işlənməlidir”.

Deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Vüsal Hüseynov, Rəfael Cəbrayılov və Tahir Kərimli də layihəyə etiraz ediblər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov isə müsahibə mərhələsinin vacibliyini vurğulayıb, ancaq layihə üzərində işləməyin lazım olduğunu bildirib.

Komitə sədri Əli Hüseynli deyib ki, layihənin tərəfdarı olsa da, səsləndirilən iradlar nəzərə alınması, layihənin baxılması üçün mütəxəssislərə verilməsi, yenidən müzakirə edilməsi məqsədə uyğundur.

Qərara alınıb ki, layihə yenidən baxılması üçün mütəxəssislərə qaytarılsın və yenidən müzakirə olunacaq.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol