Azərbaycanda icra məmurlarının səlahiyyətləri artırılır

Dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
Azərbaycanda icra məmurlarının səlahiyyətləri artırılır. "Report"un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, "İcra məmurları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmurları tərəfindən nəzarət ediləcək.
Dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























