• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Pesax bayramı” qeyd olundu

ADU-da “Pesax bayramı” qeyd olundu
29.04.2016 22:20
Azərbaycan Dillər Universitetində  (ADU) Yəhudi xalqının Misirin əsarətindən qurtulması münasibəti ilə qeyd etdiyi "Pesax bayramı” universitetin İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə keçirildi.
 
 
Tədbirdə İsrailin Azərbaycandakı səfiri Dan Stav, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Bakıda yerləşən 46 saylı orta yəhudi məktəbinin direktoru Zamir İsayev və məktəbin şagirdləri, universitetin professor-müəllim heyəti, o cümlədən tələbələr iştirak edirdi.
 
 
İsrail və Azərbaycanın dostluq münasibətində bəhs edən videoçarxın nümayişindən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra tələbələr "Pesax bayram”ı haqqında məlumat verdilər. Bayramın adət-ənənələrindən bəhs edən səhnəcik nümayiş olundu, şagird və tələbələrin ifasında ibri dilində mahnı səsləndi.
 
 
Səfir Dan Stav mütəmadi olaraq universitetdə mərkəz tərəfindən keçirilən silsilə tədbirlərə dəvət aldığını xatırladaraq növbəti dəfə ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi. Bayramın tarixi haqqında geniş məlumat verən səfir "Pesax bayramı”-nın adının ibri dilində "yanından ötüb keçmək” mənası verən "Pasax” sözündən olduğunu bildirdi. O, həmçinin Yəhudilər üçün əsas bayramlardan biri hesab edilən Pesax bayramının əsasən yaz aylarında keçirildiyini və yeddi-səkkiz gün ərzində davam etdiyini də sözlərinə əlavə etdi.
 
 
Çıxışının sonunda tədbiri yüksək qiymətləndirən səfir universitet rəhbərliyi başda olmaqla hər kəsə təşəkkürünü bildirdi.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol