• $
  • €
  • ₽
  • ₺
  • £

“edu.ann.az” layihəsi çərçivəsində təqdimatlar daha 6 məktəbdə

“edu.ann.az” layihəsi çərçivəsində təqdimatlar daha 6 məktəbdə
29.04.2016 15:49
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhər üzrə Təhsil İdarəsinin dəstəyi ilə ANN.Az xəbər portalı tərəfindən hazırlanan "edu.ann.az” layihəsinin təqdimatı Bakı şəhərinin daha 6 ümumtəhsil məktəbində də keçirilib. Sözü gedən təqdimatlar 25-29 aprel 2016-cı il tarixini əhatə edib. 

Layihə çərçivəsində  Nərimanov rayon 291 saylı Ekologiya liseyində, Xətai rayon 86 saylı, Nizami rayon 62 saylı, Binəqədi rayon 283 saylı, Yasamal rayon 18 saylı və Nizami rayon 12 saylı tam orta məktəblərdə "edu.ann.az” elektron kitabxanasının təqdimatlar tədbirləri baş tutub. Sözü gedən məktəblərdə ümumilikdə 850 nəfərə yaxın şagird həmin elektron kitabxana barəsində məlumatlandırılıblar. 

Baş tutan tədbirlərin hamısında məktəblərin müəllim və şagird kollektivinə layihə haqqında məlumat verilib, onların sualları cavablandırılıb və təklifləri dəyərləndirilib.

Qeyd edək ki, Nizami rayon 12 saylı tam orta məktəbdə "edu.ann.az” layihəsi çərçivəsində baş tutan təqdimat həmin məktəbin rəhbərliyinin təklifi ilə keçirilən sayca ikinci tədbirdir.
Layihənin məqsədi şagirdlərin sinifdən xaric oxu vasitələri ilə təmin olunması və ədəbi əsərlərin qısa bir zamanda, kitabxanaya getmədən də əldə edilməsidir.

Nəzərinizə çatdırırıq ki, "edu.ann.az” elektron kitabxana layihəsi çərçivəsində 8 aprel 2016-cı il tarixindən etibarən başlanan təqdimatlarda Bakı şəhərinin ümumilikdə 21 ümumtəhsil məktəbində 2500 nəfərə yaxın müəllim və şagirdlər iştirak ediblər.












www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol