• $
  • €
  • ₽
  • ₺
  • £

Sergey Uvarov Azərbaycanın dövlət mükafatı ilə təltif edilib

Sergey Uvarov Azərbaycanın dövlət mükafatı ilə təltif edilib
29.04.2016 16:39
Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu "Hərbi xidmətlərə görə” dövlət mükafatı ilə təltif edib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən təltifetmə mərasimində çıxış edən nazir müavini K. Vəliyev S. Uvarovun Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrlə əlaqədar bu mükafata layiq görüldüyünü bildirib: "Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin bir çoxu öz döyüş yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyi və bütövlüyünu müdafiə etdilər. Göstərdiyi şücaətə və ölkənin silahlı qüvvələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Sergey Uvarov ali dövlət mükafatı olan "Hərbi xidmətlərə görə” mükafatı ilə təltif olunub”.
 
S. Uvarov isə çıxışında ona verilən mükafata görə təşəkkürünü bildirib. Bu ali mükafata layiq görüldüyünə görə qürur hissi keçirdiyini söyləyən rusiyalı zabit döyüş yoldaşlarını və hərbi xidmət keçdiyi dövrü xatırlayıb: "Çox xoşbəxtəm ki, bu gün Azərbaycan və Rusiya arasında mehriban münasibətlər var. Azərbaycan ordusu bu gün 20 il bundan əvvəlkindən çox güclüdür. Azərbaycan ordusu bu yaxınlarda nəyə qadir olduğunu göstərdi”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol