• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Məmmədov azadlığa buraxılmadı

İlqar Məmmədov azadlığa buraxılmadı
29.04.2016 19:00
Bu gün Şəki Apellyasiya Məhkəməsində "REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib. 

ANN.Az APA-ya istinadən verdiyi xəbərinə görə, məhkəmə müdafiə tərəfinin İlqar Məmmədov və Tofiq Yaqubluya bəraət verilməsi barədə vəsatətləri təmin etməyib.

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən prosesdə vəkillər İlqar Məmmədov və Tofiq Yayublu barəsində olan hökmlə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara uyğun olaraq onların barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Dövlət ittihamçısı isə çıxışında birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

İlqar Məmmədov və Tofiq Yaqublu da barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Bundan sonra məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ.Məmmədov və T.Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvar ayında baş verən İsmayıllı hadisələrinə görə həbs olunublar. T.Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol