• $
  • €
  • ₽
  • ₺
  • £

Restorandan qovulan əlil Emin Ağalarovdan nə istədi?

Restorandan qovulan əlil Emin Ağalarovdan nə istədi?
28.05.2020 19:17
Azərbaycanlı iş adamı, tanınmış bəstəkar, müğənni Emin Ağalarovunrestoranından qovulan əlil ona təklif olunan pulsuz şam yeməyindən imtina edib. ANS PRESS-in məlumatına görə, Oleq Eremin adlı əlil E.Ağalarovdan pulsuz şam yeməyi əvəzinə başqa bir xahiş edib.


O, müğənnidən tolerantlıq probleminin ictimai müzakirəyə çıxarılmasını istəyib. Bu barədə Emin Ağalarov öz "İnstaqram" səhifəsində yazıb. İş adamı səhifəsində Oleqlə fotosunu paylaşıb. Onun sözlərinə görə, artıq Oleq və onun komandası bu layihəni həyata keçirməyə hazırdır. 


"Bu, "Dünya sərhədsiz imkanlarla" forumu olacaq. Forumun mayın 15-də keçirilməsi nəzərdə tutulur. Təbii ki, burada spikerlərdən biri Oleq olacaq. Foruma istənilən insan gələ bilər. Forumda əlil uşaq və böyüklərin adaptasiyası, həyata inteqrasiyası müzakirə olunacaq. Burada, həmçinin, "Həyat bəxş et" xeyriyyə fondunun direktoru Yekaterina Çistyakova, müğənni Aleksandr Danko və bir çox başqaları da olacaq", - deyə Emin öz şəxsi səhifəsində qeyd edib.



Oleq Eremin adlı əlilin Emin Ağalarova məxsus  "Rose bar" restoranından qovulması hadisəsi aprelin 25-də olub. Bu barədə Oleq özünün sosial şəbəkədəki səhifəsində yazıb. 






"İçəri girdim. Kurs yoldaşlarımı gördüm və söhbət etməyə başladıb. 3 dəqiqə sonra mühafizə xidməti yaxınlaşdı və məndən restoranı tərk etməyimi istədi. Heç bir səbəb izah edilmədi. O, bunun idarəçinin istəyi olduğunu deyib məni liftə kimi ötürdü".


Azərbaycanlı gənc iş adamı baş verənlərdən xəbər tutan kimi tədbir görüb. E.Ağalarov "İnstagram" səhifəsində baş verən hadisəyə görə üzrxahlıq edib. O, Oleq və onun dostlarını pulsuz şam yeməyinə dəvət edib və söz verib ki, insidentin səbəbi, nə üçün belə addım atıldığı öyrəniləcək. 


"Rose Bar"dan "Komsomolskaya Pravda"ya verilən açıqlamada hadisəyə görə günahkarın adminstrator olduğu deyilib. "Biz öz əməkdaşımızın əməlindən təəssüflənirik". Biz diskriminasiyaya qarşıyıq və həmin əməkdaş artıq işdən çıxarılıb". 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol