• $
  • €
  • ₽
  • ₺
  • £

“Yaşıldağ” yaratmağa tələsin!

“Yaşıldağ” yaratmağa tələsin!
03.05.2016 21:27
Dövlət agentliyi məlumat yaydı.

IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatı dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti "Yaşıldağ” sosial aksiyası keçiriləcək. 

Oxu.Az xəbər verir ki, tədbir 14 may 2016-cı il tarixində, saat 12:00-da Nizami rayonu, Heydər Əliyev prospekti 115-də yerləşən 5 saylı Bakı "ASAN xidmət” mərkəzində baş tutacaq. 

Tədbirin keçirilməsində məqsəd kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. 

Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.

Qeyd edək ki, "Yaşıldağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində keçirilmiş və ictimaiyyətin geniş marağına səbəb olmuşdur. 

Bu dəfə də "Yaşıldağ” aksiyasında dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və vətəndaşların ətraf mühitin mühafizəsi naminə iştirakı nəzərdə tutulub.

Ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfənizi vermək üçün Sizi bu aksiyaya dəstək olmağa dəvət edirik.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol