• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt elektrik qatarını daşa basan şagirdlər saxlanıldı

Bakı-Sumqayıt elektrik qatarını daşa basan şagirdlər saxlanıldı
04.05.2016 10:07
Paytaxtda bəzi vətəndaşlar Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarların təhlükəsiz hərəkətinə mane olurlar. 

Belə ki, mayın 3-də  saat 18:15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində olarkən iki nəfər tərəfindən daşa basılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, həmin şəxslər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Bakı-yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılıb. 

"Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri –  Elnur Fazil oğlu Baxşıyev (22. 04. 1999-cu il təvəllüdlü) və  Lalə Şair qızı Ağayevadır (01.01. 1998-ci il təvəllüdlü). Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunub, azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər. Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparıb, xəbərdarlıq edib və sərbəst buraxıblar. Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib", - deyə N. Əzməmmədov qeyd edib.

"Azərbaycan Dəmir Yolları" QSC bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol