• $
  • €
  • ₽
  • ₺
  • £

"Polislərə güzəşt sovetdən qalma ənənədir" - AÇIQLAMALAR

"Polislərə güzəşt sovetdən qalma ənənədir" - AÇIQLAMALAR
04.05.2016 13:30
Bəzi dövlət orqanlarının əməkdaşları, əsasən polislər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər.
 
Bu, polis haqqında qanunun 5-ci fəslinin 38-ci maddəsinin 4-cü bəndində də öz əksini tapıb:

V fəsil. Polis əməkdaşının maddi və sosial təminatları;

IV. Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Polislərə və digər dövlət qurumlarının əməkdaşlarına ictimai nəqliyyatda güzəşt edilir, ancaq cəmiyyətin həssas təbəqəsi olan Qarabağ əlilləri və fiziki məhdudiyyətli şəxslərə edilmir. Bu nə dərəcədə ədalətlidir? Bugünkü müzakirə mövzumuz bu barədədir.

ANN.Az xəbər portalının məsələ barədə suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə və sabiq polis polkovniki Mahmud Hacıyev şərh ediblər.
 
"Azərbaycanda Qarabağ əlillərinə verilən müavinətlərə məhz ictimai nəqliyyatda istifadə edə biləcəkləri məbləğ daxil edilib" - Aydın Mirzəzadə
 


Millət vəkili Aydın Mirzəzadə polislərin yalnız uniformada olduqları zaman ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklərini vurğuladı: "Bu ona görədir ki, iş başında olduqları zaman hər hansı xərc çəkmədən işlərini görsünlər. Başqa vaxt onlar sadə vətəndaş kimi ödəniş edirlər”.

Deputatın fikrincə, digər təbəqələrə qaldıqda isə, Azərbaycan başqa ölkələrin təcrübəsindən istifadə edir: "Milli Məclisdə vaxtaşırı köhnə qaydaların (yəni pensiyaçı və əlillərə güzəşt kartının verilməsinin) tətbiqi ilə bağlı təkliflər irəli sürülür. Ancaq Avropa praktikası daha səmərəlidir. Ola bilsin, bəzi əlillər ictimai nəqliyyatdan istifadə etmirlər, ancaq onlara təqribi müavinət ödənilir. Azərbaycanda Qarabağ əlillərinə verilən müavinətlərə məhz ictimai nəqliyyatda istifadə edə biləcəkləri məbləğ daxil edilib”.
 
"Deputatlarımız mütləq şəkildə güzəşt məsələsini müzakirə etməlidirlər" - Mahmud Hacıyev
 


Sabiq polis əməkdaşı Mahmud Hacıyevin sözlərinə görə, polislərə güzəşt edilməsi, sovetdən qalma ənənədir: "Hazırda bu ənənənin nəyə əsasən davam etdirilməsi mənə də aydın deyil. Fikrimcə, ictimai nəqliyyatdakı güzəştlər Qarabağ əlillərinə də şamil olunmalıdır, ancaq hazırda ölkədəki iqtisadi (ölkədə baş verən iki devalvasiya) şərait buna imkan vermir.

M.Hacıyev bu məsələnin Milli Məclisdə qaldırılmasını məqsədəuyğun hesab edir: "Parlament qanunverici orqandır,  deputatlarımız mütləq şəkildə güzəşt məsələsini müzakirə etməlidirlər. Dövlət quruculuğu, hüquq və başqa komissiyalar var. Hər komissiyanın da öz sədri var. Bu komissiyalar məsələni müzakirə edib, ümumi müzakirəyə çıxarmalıdırlar. Burda məsələ büdcədən gedir. İqtisadi baxımdan əlverişli olmadığı üçün bu kimi məsələləri kütləviləşdirmək də məqbul sayılmır, başqa qurumlar da buna etiraz edə bilər. Belə olan təqdirdə, məsələ kütləvi və şablon halını alacaq. Deyərdim ki, bu güzəşt müharibə iştirakçıları üçün olmasa da, əlillər üçün olduqca vacib məsələdir”.

Gülnar Murad


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol