• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərdəki son vəziyyət barədə İcra başçısı danışdı - AÇIQLAMA

Tərtərdəki son vəziyyət barədə İcra başçısı danışdı - AÇIQLAMA
04.05.2016 16:20
"Sonuncu dəfə ermənilər atəşkəs rejimini pozub dinc sakinləri atəşə tutduqdan sonra vəziyyət sabitləşib, ancaq indi mülki əhalini hədəf almasalar da, atəşkəsi pozmaqda davam edirlər”.

Bu sözləri  ANN.Az-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov söyləyib.
 


Müstəqim Məmmədov aprel ayında təmas xəttində yaranan gərginlikdən sonra rayondakı son vəziyyət barədə məlumat verib:

"Dövlət rəsmiləri, eləcə də Nazirlər Kabinetinin nümayəndələri tez-tez gəlib maraqlanırlar. Onlar komissiyalara bölünüblər. Rayon sakinləri və evlərə dəyən ziyan tam dəqiqləşdirilir. Yaxın günlərdə evlərin, dağıdılmış yerlərin bərpasına başlanılacaq. Sonuncu dəfə ermənilər atəşkəs rejimini pozub dinc sakinləri atəşə tutduqdan sonra vəziyyət sabitləşib, ancaq indi mülki əhalini hədəf almasalar da, atəşkəsi pozmaqda davam edirlər".

"Bu vaxta qədər atəşkəsin pozulmasına görə Tərtəri tərk edən olmuşdu ki, indi də olsun? Tərtəri səhv salmayın, Tərtər qəhrəman rayondur” – deyə icra başçısı bildirib.
 
Müstəqim Məmmədovun sözlərinə görə, Tərtər əhalisinin əhval ruhiyyəsi həmişəki kimi yüksək səviyyədədir: "Kəndlərə, xüsusilə təmas xəttinə yaxın kəndlərə qaz çəkilir. Hər kəs öz işindədir. Kimi pambıq əkir, barama becərir,  kimisi də taxıl, yonca biçir. Bir sözlə həmişəki kimi vəziyyət yaxşıdı”.

Xatırladaq ki, aprel ayının 28-də Tərtər Rayon İcra Hakimiyyətindən Erməni silahlı qüvvələrinin artilleriya zərbələrindən ümumilikdə 59 ev, 1 mağaza, 2 təhsil müəssisəsinin zərər çəkdiyi deyilmişdi.
 
Orxan Aslanlı


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol