• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Şuşasız 24 il” adlı tədbir keçirildi

ADU-da “Şuşasız 24 il” adlı tədbir keçirildi
29.05.2020 00:22
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının təşəbbüsü, həmin kafedrada təcrübədə olan magistr tələbələrin təşkilatçılığı ilə "Şuşasız 24 il” adlı tədbir keçirildi.
 
 
Öncə çıxış edən Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tədbirin Azərbaycanın elm və mədəniyyət ocağı olan Şuşanın işğalının 24-cü ildönümünə həsr olunduğunu bildirdi. O, Şuşanın mənfur ermənilər tərəfindən may ayının 8-də işğal olunduğunu diqqətə çatdıraraq həmin günlə bağlı xatirələrini iştirakçılarla bölüşdü. Şuşada törədilən erməni vəhşiliklərindən söz açan kafedra müdiri, onların şəhərə verilən içməli suyun tərkibinə zəhərli maddələr əlavə etməsindən, dinc xalqın üzərinə hərbi texnika yeritməsindən, günahsız sakinləri qətlə yetirməsindən, şəhəri məhv etməsindən bəhs etdi. Azərbaycanı Şuşasız təsəvvür etmək olmaz deyən M. Qazıyeva torpaqlarımızın hər qarışının geri qaytarılacağına əminliyini ifadə etdi, bu mənada gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyi vurğuladı. Çıxışının sonunda professor kafedraya təhkim olunmuş magistr tələbələrinin ictimai fəaliyyətini yüksək qiymətləndirərək tədbirin təşkilinə görə onlara təşəkkürünü bildirdi.
 
 
Tədbirdə Azərbaycanın mədəniyyət səlnaməsi Şuşanın zəngin təbiəti, memarlıq abidələri, elm və incəsənət aləminə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat verildi, şəhərin işğaldan öncə və sonrakı  görüntüləri nümayiş olundu. Bundan başqa tədbirdə Şuşaya həsr edilən, o cümlədən ümumilikdə vətən həsrətindən bəhs edən mahnılar səsləndirildi, tələbələr tərəfindən şeirlər söylənildi.
 
 
Sonda çıxış edən  Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında bu qəbildən olan görüşlərin rolunu xüsusi vurğuladı.
 
 
Qeyd edək ki, tədbirdə Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva da iştirak edirdi.
 
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol