• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı: "Cəbhəboyu kəndlərə hər gecə 100-dən çox mərmi düşür"

İcra başçısı: "Cəbhəboyu kəndlərə hər gecə 100-dən çox mərmi düşür"
06.05.2016 16:51
"Cəbhəboyu kəndlərdə yaşayan insanların həyatı təhlükədədir. Amma kəndlər mühafizə olunur və ermənilər bilməlidir ki, nə qədər təhlükəli olsa da insanlar bir addım da geri çəkilməyəcəklər".

"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başçısı vurğulayıb ki, Ermənistan silahlı bölmələri cəbhəboyu yaşayış məntəqələrini hər gecə ağır silahlardan atəşə tutur: "Axşam saat 10-dan başlayaraq səhər saat 6-a qədər bu ərazilərə 100 çox mərmi düşür. Təmas xəttinə daha yaxın yerləşən yaşayış məntəqələrində axşam olan kimi uşaqlar, qadınlar, xəstələr və qocalar nisbətən aşağı kəndlərə və ya qohumlarının evinə göndərilirlər. Nə qədər çətin olsa da həmin insanlar yenidən səhər evlərinə qayıdırlar və gündəlik təsərrüfat işləri ilə məşqul olurlar. Qoşunların təmas xəttində Ağdamın 21 kəndi yerləşir və bu kəndlərdə 20 mindən artıq insan yaşayır".

Qeyd edək ki, cəbhə bölgəsinə səfəri çərçivəsində Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Ağdam rayonun təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə baş çəkiblər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol