• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir”

İlham Əliyev: “20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir”
09.05.2016 22:09
"Müstəqilliyə gedən yol Naxçıvanda başlayıb, Heydər Əliyevin təşəbbüsüylə Cümhuriyyətin bayrağı Naxçıvanda dövlət bayrağı elan edilib”

"Azərbaycan xalqına qarşı 1990-cı ildə növbəti təxribat - qanlı yanvar cinayəti törədilib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir”.

APA-nın məlumatına görə, bunu bu gün  Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Heydər Əliyev bununla bağlı dərhal öz səsini ucaldıb: "Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, mən də onunla bərabər idim. Mətbuat konfransı sovet rəhbərliyini ittiham etdi, onların hərəkətlərini pislədi. O vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki SSRİ-nin dağılmasına hələ 2 il vaxt var idi, heç kimin ağlına gələ bilməzdi ki, SSRİ kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt Heydər Əliyev tərəfindən belə cəsarətli addımın atılması bir daha onun nə qədər xalqına bağlı, fədakar, cəsarətli olduğunu göstərirdi. Təbii ki, bundan sonra ona qarşı təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası başlamışdı.  Ancaq bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilməmişdi. O, bu hadisələrə etiraz əlaməti olaraq 10 illər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxmış və Bakıya qayıtmışdı. Çünki artıq Moskvada yaşamaq təhlükəli idi”.

Prezident İlham Əliyev bildirib ki, təəssüflər olsun ki, Heydər Əliyevə Bakıda da yaşamağa imkan vermədilər: "Heydər Əliyev doğulduğu yerə – Naxçıvana üz tutdu. Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illəri şərəflə yaşayıb. İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Ondan sonra Heydər Əliyev Naxçıvanın rəhbəri kimi Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illər idi. Mən hesab edirəm ki, müstəqilliyə gedən yol o illərdə Naxçıvanda başlayıb. Çünki Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı elan edilib. O vaxt hələ SSRİ yaşayırdı, bəlkə də çoxları SSRİ-nin dağılacağı barədə fikirləşmirdi”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol