"Azərbaycanda hamiləliklərin yarısı süni yolla dayandırılır"

"Azərbaycanda hamiləliklərin təxminən yarısı süni yolla dayandırılır".
"Report" xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev deyib.
O bildirib ki, süni abortla dayandırılan hamiləliyin sayı qadının yaşı və hamiləliyin sıra nömrəsi artdıqca daha da yüksəlir: "34-35 yaş arası qadınlarda hamiləliklərin dörddə üçü süni şəkildə dayandırılır".
F.Babayev qeyd edib ki, Azərbaycanda süni abortlardan əsas etibarilə ailəli qadınlar ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə edirlər: "İlk hamiləliklərin yalnız 2 faizi süni abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu faiz 80.4 faizə qədər qalxır".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























