Sabah yağış yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində yağıntılı hava müşahidə ediləcək
Mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14 , gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, axşam intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.
Mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























