• $
  • €
  • ₽
  • ₺
  • £

QMİ: Məscidlərdə kəbin kəsdirənlərdən rəsmi nikah sənədi tələb olunur

QMİ: Məscidlərdə kəbin kəsdirənlərdən rəsmi nikah sənədi tələb olunur
10.05.2016 17:27
Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur.
 
Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, "Heydər" Məscid Kompleksi İdarəsinin sədri Hacı Sabir Həsənli deyib.

S.Həsənli bildirib ki, dini kəbin kəsilərkən mütləq rəsmi nikah sənədi təqdim edilməlidir: "Azərbaycanda məscidlərin hamısında dini kəbin kəsilərkən rəsmi nikah sənədi tələb edilir. Bu barədə QMİ-nin rəsmi göstərişi olub. VVAQ-ın sənədi olmadan dini kəbin kəsdirmək mümkün deyil. Sovet dövründə də belə idi, müstəqillik dövründə də belədir".

O əlavə edib ki, "Heydər" məscidində dini kəbin kəsilərkən qeydiyyat aparılır: "Burada nəinki dini kəbinlər, bütün müraciətlər qeydiyyatdan keçirilir".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol