• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə buraxılış imtahanlarında güzəşt

Cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə buraxılış imtahanlarında güzəşt
11.05.2016 12:05
Aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatlar zamanı Ağdam rayonunda ziyan dəymiş orta məktəb binaları yenidən bərpa olunur. 

Bunu "Report"un Qarabağ bürosunun müxbirinə Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanov bildirib. 

O qeyd edib ki, dağılan məktəblərdə dərslər dayandırılıb: "Ermənilərin ağır artilleriya qurğularından atdığı mərmilər rayonun dörd orta məktəb binasına ciddi ziyan vurub. Rayonun Sarıcalı, Ayaq Qərvənd kənd orta məktəbləri tamamilə dağılıb, digər iki məktəb binası isə qəzalı vəziyyətə düşüb. Məktəblərin daha çox dam örtüyünə ziyan dəyib. Hazırda həmin məktəblərdə dərslər dayandırılıb, şagirdlərin bir hissəsi digər kənd orta məktəblərinə köçürülüb".

Təhsil Şöbəsinin müdiri əlavə edib ki, cəbhəyanı kəndlərdə təhsil alan şagirdlərə buraxılış imtahanlarında güzəşt edilməsi nəzərdə tutulub: "Buraxılış imtahanları zamanı 9-10-cu sinif şagirdlərinə güzəşt olacaq. Həmin şagirdlərin buraxılış imtahanları onların ilk qiymətləri əsasında yazılacaq. Artıq bununla bağlı Təhsil Nazirliyinə müraciət olunub".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol