“Semaşko”da baş həkimləri niyə dəyişirlər? - Təsadüf, yoxsa...

"İki il ərzində 1 saylı Kliniki Tibbi Mərkəzdə üç baş həkim dəyişikliyi ancaq təsadüfdən ibarətdir” - bunu ANN.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova deyib.
ANN.Az 1 saylı Kliniki Tibbi Mərkəzdə (keçmiş "Semaşko” xəstəxanası) iki il ərzində üç baş həkimin dəyişməsini araşdırıb.
ANN.Az 1 saylı Kliniki Tibbi Mərkəzdə (keçmiş "Semaşko” xəstəxanası) iki il ərzində üç baş həkimin dəyişməsini araşdırıb.
2014-cü ildə Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirov olub. Mətbuatda gedən informasiyalara görə baş həkim səhhəti ilə əlaqədar işdən çıxıb. Ancaq bir müddət sonra onun öz istəyi əsasında deyil, yol verdiyi ciddi nöqsanlara görə işdən çıxarıldığı deyilib. Elə həmin ilin may ayında xəstəxanaya baş həkim postuna Soltan Əliyev təyin edilib. Bu baş həkim haqqında mətbuatda xoşagəlməz yazılar yazılsa da, digər iki həkimlə müqayisədə postunda ən uzunmüddətli qalan məhz S.Əliyev olub. Bir ildən çox baş həkim vəzifəsini icra edən Soltan Əliyev rəsmi məlumata əsasən, 2015-ci il may ayın 3-də Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən tutduğu vəzifədən azad olunub.

Nazirin imzaladığı əmrdə deyilir: "Kliniki Tibbi Mərkəzin baş həkimi Soltan Əliyev 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının, Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi təyin olunub. Şirvan Şəhər Diaqnostika Mərkəzinin baş həkimi Hikmət Həsənov Bakı Sağlamlıq Mərkəzinə, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri Sabiq Hüseynzadə isə Kliniki Tibbi Mərkəzin baş həkimi vəzifəsinə təyinat alıb”.
2015-ci ilin sentyabr ayının 3-dən 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi postunu Sabiq Hüseynzadə icra edirmiş. Çox uzun müddətli olmasa da (cəmi 8 ay), S.Hüseynzadə bu vəzifəni sona qədər icra etməkdən boyun qaçırıb. Rəsmi məlumatlara əsasən, 2016-ci ilin may ayında o, səhhəti ilə əlaqədar baş həkim postundan imtina etməklə əlaqədar ərizə yazıb. Baş həkim deyil, sadəcə olaraq xəstəxanada həkim kimi fəaliyyətini davam etdirmək istədiyini bildirib. Baş həkimin mətbuata verdiyi açıqlamada da belə deyilir:
"İşimdə heç bir problem olmayıb. Ümumiyyətlə, işlədiyim bir il müddətində məndən narazılıq, mənə qarşı irad olmayıb. Sadəcə səhhətimlə əlaqədar və rahat həkim fəaliyyətimə davam etmək üçün işdən çıxmaq barədə ərizə yazdım”. S.Hüseynzadə bundan sonra 1 saylı Klinik Tibbi mərkəzdə həkim olaraq fəaliyyətinə davam edəcəyini bildirib.
1 saylı Kliniki Tibbi Mərkəzdə iki il ərzində üç baş həkim dəyişikliyinin səbəbi nədir? Əgər problem həqiqətən mövcuddursa, baş həkimləri dəyişməklə məsələni yoluna qoymaq mümkündürmü?
Tibbi Mərkəzdə baş həkimlərin tez-tez dəyişilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidməti Liya Bayramova ilə əlaqə saxladıq.
Nazirlik rəsmisinin sözlərinə görə iki il ərzində xəstəxanadan heç bir baş həkim çıxarılmayıb: "Onlar öz xahişləri (ərizələri) ilə işdən çıxıblar. Soltan müəllim başqa bir xəstəxanaya gedib, Sabit müəllim səhhəti ilə bağlı özü çıxmaq istədi. Onların işdən çıxarılmasından söhbət (ölüm hallarının artması və ya başqa) belə gedə bilməz. 1 saylı Kliniki Tibbi Mərkəzdə tez-tez deyil, sadəcə olaraq iki ildə üç baş həkim dəyişilib.
Baş həkimlərin dəyişməsi ancaq təsadüfdür. Bu məsələdə həqiqətə uyğun olmayan məlumatlar axtarmaq lazım deyil. Sabit Hüseynzadənin ürəyi ilə bağlı problemi vardı. Ona görə də işləmək istəmədi və çıxdı. Dedi ki, biraz özümə gəlim, sonra iş həyatına davam edərəm. Ümumiyyətlə, 1 saylı Kliniki Tibbi Mərkəz post baxımdan vəzifəli yerdir. Bununla yanaşı, orada 1000 nəfərdən çox işçi var. Bu da işləri daha çox çətinləşdirir. Oranı idarə etmək çətin olduğundan və Sabit müəllimin ürəyində problem olduğuna görə vəzifədən getdi. Xəstəxanaya yüksək səviyyəli menecer lazımdı. Və bu xəstəxananın işdən çıxan digər baş həkimləri də öz ərziələrində göstəriblər ki, işdən öz istəyimiz əsasında çıxmaq istəyirik”, – deyə L.Bayramova əlavə edib.
Qeyd edək ki, iki il ərzində üç baş həkim dəyişən 1 saylı Kliniki Tibbi Mərkəzin bu postuna hələlik təyinat yoxdur.
Qeyd edək ki, iki il ərzində üç baş həkim dəyişən 1 saylı Kliniki Tibbi Mərkəzin bu postuna hələlik təyinat yoxdur.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























