• $
  • €
  • ₽
  • ₺
  • £

“Rembo” komadan ayıldı

“Rembo” komadan ayıldı
11.05.2016 23:30

Aprel döyüşlərində başından ağır yaralanan "Rembo” ləqəbli tankçı, Goranboy rayonundan olan Razi Cavadov komadan tam ayılıb.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Aqil Aslan məlumat yayıb. 

O bildirib ki, düşmənin snayper gülləsindən ağır yaralanmış hərbçimiz artıq reanimasiyadan palataya köçürülüb: 

"Bir aydan çoxdur ki, ata yolu gözləyən uşaqları, ailəsi nəhayət hospitalda Razi ilə görüşüb, onunla söhbət ediblər. Yaşatdıqları bu sevincə görə Allah bütün həkimlərdən, tibb bacılarından razı olsun. Allah Raziyə şəfa versin!”.

Xatırladaq ki, başından ağır yaralanan "Rembo” ləqəbli Razi Cavadov 40 gündən çoxdur ki, koma vəziyyətində idi. Aprel ayında 4 günlük müharibə zamanı düşmən gülləsinə tuş gələn hərbçimiz əvvəlcə Gəncədəki hospitala yerləşdirilmişdi. Ancaq onun vəziyyəti ağır olduğundan bir neçə gün sonra çətinliklə də olsa, Bakıya - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gətirilmişdi. Onun sol gözü əməliyyat olunub. Hazırda tankçımızın həyatı üçün heç bir təhlükə yoxdur, o komadan ayılıb, müalicəsi davam edir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol