• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmil Quliyev: "Ermənistan yenidən təxribata yol versə, yarışmadan kənarlaşdırılacaq"

Cəmil Quliyev: "Ermənistan yenidən təxribata yol versə, yarışmadan kənarlaşdırılacaq"
12.05.2016 17:51
"Ermənistan nümayəndə heyətinə ciddi xəbərdarlıq olunub ki, hər hansı şəkildə qaydalara riayət olunmazsa, təxribat xarakterli hərəkətlərə yol verilərsə, onlar bu ilki, yaxud növbəti ilin yarışmasından kənarlaşdırılacaqlar. Bizə Avropa Yayımçıları Birliyinin baş direktoru İnqrid Deltenrenin imzası ilə məktub gəlib. İyun ayını gözləyirik ki, görək, iclasda Ermənistana qarşı hansı tədbirlər görüləcək”.

Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) rəhbəri Cəmil Quliyev deyib. İTV direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumun adından Avropa Yayımçıları Birliyinə Ermənistanın bayraq təxribatı ilə bağlı göndərdiyi etiraz məktubu paralel olaraq 40-a yaxın ölkənin ictimai televiziya və radiosunun rəhbərlərinə də ünvanlanıb: "Məktubun surəti televiziya sahəsində çalışan müxtəlif beynəlxalq təşkilatlara da göndərilib. Bu və başqa addımların nəticəsində dünən Avropa Yayımçıları Birliyindən cavab gəldi. Məktubda Ermənistan təmsilçisinin təxribat xarakteri daşıyan hərəkəti pislənilib, bizim nəzərimizə çatdırılıb ki, nəzarət komissiyasının iyun ayında keçiriləcək iclasında bu məsələyə baxılacaq və Ermənistana qarşı cəza tədbirləri görüləcək. Bununla yanaşı məktubda qeyd olunur ki, Ermənistan "Eurovision” Mahnı Müsabiqəsinin əsasnaməsinin 1.2.2 bəndini pozub. Bu da mahnı müsabiqəsinin qaydalarına ziddir. Avropa Yayımçıları Birliyi və müsabiqənin rəhbərliyi tez bir zamanda məktuba reaksiya verdilər. Çünki Ermənistanın etdiyi təxribat "Eurovision”un əsasnaməsinə ziddir. Eyni zamanda bunun ətrafında böyük ictimai rəy də yarandı. Bir çox ictimai televiziyalar bu hərəkəti pislədilər”.

C. Quliyev əlavə edib ki, Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub: "Əgər Ermənistan nümayəndə heyəti ümid edirsə ki, müsabiqə başa çatandan sonra onlar yenidən təxribata yol verə bilərlər, bu, baş tutmayacaq. Belə olan təqdirdə ciddi şəkildə cəzalanacaqlar”.

 
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol