• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərə qəbul planı açıqlandı

Ali məktəblərə qəbul planı açıqlandı
13.05.2016 17:19
Qəbul yerlərinin sayı magistratura üzrə 8%, rezidentura üzrə 0.2 %, orta ixtisas təhsili üzrə 8% artıb.

2016/2017-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə qəbul planı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya açıqlamasında deyib ki, növbəti tədris ili üçün qəbul planları təsdiq olunaraq TQDK-ya təqdim olunub.

Onun sözlərinə görə, qəbul aparılan yerlərin sayı 2015-ci illə müqayisədə magistratura üzrə 8%, rezidentura üzrə 0.2 %, orta ixtisas təhsili üzrə 8% artıb: "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul planı "Magistr” jurnalının 4-cü sayında, ümumi orta təhsil üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul planı "Abituriyent” jurnalının 3-cü sayında dərc edilib. Ali məktəblərin bakalavriat və digər səviyyələr üzrə qəbul planları da çapa hazırlanır. Bu məlumatlar daha dəqiq "Abituriyent” jurnalının 4-cü sayında qeyd olunacaq”.

TQDK-nın şöbə müdiri bu il AMEA-nın magistraturalarına neçə nəfərin qəbul ediləcəyini də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 2015/2016-cı tədris ilindən qəbul aparılır: "2015-ci ildə 7 ixtisas üzrə 20 yer, bu il isə 19 ixtisas üzrə 63 yer ayrılıb. AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 9 – 12 iyun tarixlərində elektron qeydiyyatdan, 13 – 14 iyun tarixlərində AMEA-da müsahibədən keçməlidirlər. Qəbul aparılan ixtisaslaşmalar, yerlərin sayı, müsahibənin keçirildiyi ünvanlar "Magistr” jurnalının 4-cü sayında verilib”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol