MSK-dan dəyişikliklə bağlı siyasi partiyalara XƏBƏRDARLIQ

"Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi haqqında Təlimat"da dəyişiklik edilib.
Modern.az-ın xəbərinə görə bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında müzakirəyə çıxarılıb.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, əvvəllər partiyaların illik maliyyə hesabatları təqdim edildikdən sonra araşdırılıb 24 saat müddətində ictimailəşdirilirdi.
İndi isə hesabatlar təqdim edilən andan 1 iş günü ərzində olduğu kimi MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdiriləcək.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib