• $
  • €
  • ₽
  • ₺
  • £

Ödənişli ixtisaslara qəbul yeni qaydalar əsasında aparılacaq

Ödənişli ixtisaslara qəbul yeni qaydalar əsasında aparılacaq
17.05.2016 14:53
Azərbaycanda 2016-cı ildə ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbulla bağlı bəzi dəyişikliklər edilib.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev APA-ya deyib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən, Nazirlər Kabineti 2015-2016-ci illərdə mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir. Yeni qəbul və yerləşdirmə mexanizmi hər bir ali təhsil müəssisəsinə onun potensial imkanları (tədris bazası, professor-müəllim heyəti və s.) çərçivəsində mütəxəssis hazırlığı aparmasına dəstək verməlidir. Bundan əlavə, yalnız minimal müsabiqə şərtlərini ödəyən abituriyentlər müsabiqə yolu ilə ali təhsil müəssisəsinin potensial imkanları çərçivəsində müəyyənləşdirilən say nəzərə alınmaqla qəbul olunmalıdır ki, yeni mexanizm təhsilin və mütəxəssis hazırlığının keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarmasın.
 
N. Əliyev qeyd edib ki, bu dəyişiklik cəmiyyətdə səhv başa düşülür: "Elə başa düşülür ki, ödənişli plan ləğv olunubsa, artıq ali məktəblərdə ödənişli təhsil yoxdur. Amma bu, belə deyil. Sadəcə, qəbul planının adı dəyişib. İndiyədək ali təhsil müəssisələrinin ödənişli təhsilə qəbul planını Nazirlər Kabineti verirdi. Bundan sonra ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə qəbul planını özləri müəyyənləşdiriləcək. Məsələn, hər  ali məktəb müəyyən edəcək ki, nə qədər ödənişli təhsil üzrə kadr hazırlaya biləcək. Həmin təhsil müəssisəsinin imkanlarına görə onlara ödənişli yerlər veriləcək. Ali məktəblərdə ödənişli təhsil yenə də olacaq, sadəcə mexanizm dəyişib”.
 
TQDK rəsmisi qeyd edib ki, ödənişli yerlərə qəbul üçün müsabiqə vəziyyəti olduğu kimi qalacaq. "Məsələn, ali məktəblərin ödənişli ixtisaslara 100 nəfəri qəbul etmək imkanı olsa da, yalnız 200 bal müsabiqə vəziyyətini toplayanlar ora qəbul oluna biləcək. 200 baldan yuxarı nəticə göstərən 70 nəfər olubsa, 100 yerə yalnız həmin abituriyentlər qəbul olunacaq, qalan yerlər isə boş qalacaq”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol