İşdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb

Azərbaycanda bir müddət əvvəl işdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb.
"Report"un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) sabiq rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq. O, yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsinə təyin edilib.
Xatırladaq ki, keçən ilin sentyabr ayında 12-ci PB-də ölüm hadisəsi baş verib. Bundan qısa müddət sonra Ü.Məmmədov rəis vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ü.Məmmədov iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























