• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusunun şəhid olan əsgəri Lerikdə dəfn olunub

Azərbaycan ordusunun şəhid olan əsgəri Lerikdə dəfn olunub
18.05.2016 14:42
 Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri Tahirli Natiq Namiq oğlu doğulduğu Lerik rayonunun Almu kəndində dəfn olunub.

"Report"un məlumatına görə, 7 ay əvvəl Bakının Nizami Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı N.Tahirli Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində şəhid olub. Düşmən onu snayperlə başından vurub.
 
Məlumata görə, N.Tahirli aprel döyüşlərində də qəhrəmanlıq göstəribi və buna görə tərifnamə alıb. 

Şəhidin dəfn mərasimində bildirilib ki, Natiq həmişə hərbçi olmaq arzusu ilə yaşayıb, hətta hərbi xidməti başa vurduqdan sonra da xidmətini orduda davam etdirmək istəyib.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, deputatlar, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol