• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kibercinayətkar qrup zərərsizləşdirildi

Azərbaycanda kibercinayətkar qrup zərərsizləşdirildi
28.05.2020 22:56
Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirib.
      
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən xüsusi tədbirlər nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakinləri Rüstəm Ənsərov və Firudin Ələkbərov banklarda olan kredit borclarını qanunsuz olaraq bağlamaq məqsədi ilə informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan paytaxt sakini Mədət Əliyevlə cinayət əlaqəsinə girərək kiberqrup yaradıblar.
      
M.Əliyev isə öz növbəsində xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən xaker qrupları ilə internet vasitəsi ilə əlaqə saxlayaraq onların texniki dəstəyindən istifadə etməklə Argentina Respublikasının "Banko Frances” və Bolqarıstanın "CİA” banklarının müştəri məlumat bazalarına kibercinayətlərdə istifadə olunması üçün nəzərdə tutulan xüsusi proqramlar vasitəsilə qanunsuz müdaxilələr edib.
 
Daha sonra M.Əliyev qeyd edilən bankların həmin ölkələrdəki müştərilərinin hesablarından internet vasitəsilə onlayn ödənişlər həyata keçirərək F.Ələkbərov və R.Ənsərəvun Azərbaycandakı kredit borclarını qanunsuz yolla bağlayaraq adıçəkilən bankların xidmətlərindən istifadə edən vətəndaşlara külli miqdarda ziyan vurub.
      
M.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.
      
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol