İcbari tibbi sığortanın tətbiq olunacağı tarix açıqlandı

"Mayın sonu-iyunun əvvəlində ilkin modelin layihəsi ölkə rəhbərliyinə təqdim ediləcək"
"Report"un məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) Agentliyinin direktoru Zaur Əliyev jurnalistlər üçün keçirilən "İcbari tibbi sığortanın tətbiqi üzrə media nümayəndələrinin biliklərinin artırılması" mövzusunda təlimdə deyib.
Z.Əliyev vurğulayıb ki, 2017-ci ildə icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirilməsi planlaşdırılır: "Hansı rayonların seçilməsi və işin necə qurulması yaxın gələcəkdə məlum olacaq. Pilot layihə tam başlayandan sonra təxminən 6-9 ay davam edəcək. Nəticələrə baxıb səhvlərin nədən ibarət olduğunu müəyyənləşdirəcəyik. Bundan sonra bu işin ölkə üzrə icrasına başlayacağıq. Çox güman ki, 2018-ci ildən Azərbaycan əhalisinin geniş şəkildə sığortalanmasına başlanılacaq. Modelimiz ilk növbətə vətəndaşların maraqlarına xidmət etməlidir: Gecikmənin obyektiv və subyektiv səbəbləri olub. Ancaq biz gələcəyə baxsaq daha yaxşı olar".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























