• $
  • €
  • ₽
  • ₺
  • £

Mülki Aviasiya Administrasiyasının direktoru jurnalistin sualından niyə qaçdı? - VİDEO

Mülki Aviasiya Administrasiyasının direktoru jurnalistin sualından niyə qaçdı? - VİDEO
19.05.2016 20:31
Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov ANS-in sualını cavabsız qoydu

Azərbaycan dövlət Mülki Aviasiya Administrasiyası Əfqanıstanda AN-12 təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb. ANS TV-nin məlumatına görə, administrasiyanın yaydığı xəbərdə bildirilir ki, Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way” şirkətindən icarəyə götürülüb.

Türkmənistanın Mari şəhərinə yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb. Göyərtədə olan 9 ekipaj üzvündən 7-si dünyasını dəyişib. Onlardan 5-i Azərbaycan vətəndaşıdır. Digər iki nəfər isə Özbəkistan və Ukrayna vətəndaşlarıdır.

Təyyarədə olan iki nəfər sağ qalib. Bunlar Ukrayna vətəndaşları Andrey Qanja və Rəmzi Əliyevdir. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

"Silk Way”-in təyyarəsinin vurulmadığı barədə məlumat yayılıb. Azərbaycan hava gəmisinə hərbi müdaxilə olmayıb.

"Associated press”in məlumatına görə, bu barədə Əfqanıstandakı ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, uzun sürən, təxminən 1 sutkalıq susqunluqdan sonra, nəhayət ki, Mülki Aviasiya Administrasiyasının rəhbərliyi AZAL-da mətbuat konfransı keçirdi.

Administrasiya direktoru Arif Məmmədov deyib ki, ilkin ehtimala görə, An-12 təyyarəsi havaya qalxdıqdan sonra maneəyə çırpılıb.

Daha sonra ANS-in əməkdaşının "niyə insanlara gec məlumat verildi, niyə bu qədər susdunuz” sualına Administrasiya direktoru Arif Məmmədov zalı tərk edərək cavab verdi...

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol