• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzaya uğrayan təyyarə ilə bağlı ilginc məlumat

Qəzaya uğrayan təyyarə ilə bağlı ilginc məlumat
19.05.2016 20:44
Qəzaya uğrayan Azərbaycan təyyarəsinin 53 yaşı var

Təyyarənin SSRİ vaxtı 1963-cü ildə yığıldığı məlum olub.

1963-cü ildə yığılan təyyarənin bu ilin oktyabrından sonra istismara yararlı olub-olmayacağı ilə bağlı qərar veriləcəkdi.

Ötən gün Əfqanıstanda qəzaya uğrayan, Dövlət Mülki Aviasiya Administrasiyasının açıqlamasına görə, 7 nəfərin öldüyü Azərbaycanın”Silk Way” aviaşirkətinə məxsus An-12 yük təyyarəsinin 53 yaşı var idi.

ANS PRESS-in məlumatına görə, Ukraynanın "Antonov” şirkətinin mətbuat xidməti "İnterfax-Ukraina” agentliyinə bildirib ki, təyyarənin istismar müddəti bu ilin oktyabrına qədər idi.

Məlumata görə, sonuncu dəfə 1991-ci ildə əsaslı təmirdən keçən təyyarə oktyabrdan sonra texniki baxışa göndəriləcək və sonrakı istismarının mümkünlüyü barədə qərar veriləcəkdi.

Təyyarənin SSRİ vaxtı 1963-cü ildə Daşkənd aviasiya istehsalat birliyində yığıldığı bildirilir. Təyyarə indiyə qədər 4 dəfə əsaslı təmir olunub.
 
Dünən baş vermiş aviaqəza ilə bağlı Dövlət Mülki Aviasiya Administrasiyası bu gün açıqlama verib. Məlumata görə, Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.

Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way” şirkətindən icarəyə götürülüb.

 
Türkmənistanın Mari şəhərinə yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb. Göyərtədə olan 9 ekipaj üzvündən 7-si dünyasını dəyişib. Onlardan 5-i Azərbaycan vətəndaşıdır. Digər iki nəfər isə Özbəkistan və Ukrayna vətəndaşlarıdır.

Təyyarədə olan iki nəfər sağ qalib. Bunlar Ukrayna vətəndaşları Andrey Qanja və Rəmzi Əliyevdir. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

"Silk Way”-in təyyarəsinin vurulmadığı barədə məlumat yayılıb. Azərbaycan hava gəmisinə hərbi müdaxilə olmayıb.

"Associated press”in məlumatına görə, bu barədə Əfqanıstandakı ABŞ rəsmisi bildirib. Ukrayna Xarici İşlər Nazirliyi isə bildirir ki, təyyarədə 11 ekipaj üzvü olub və nlardan 9-u həlak olub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol