• $
  • €
  • ₽
  • ₺
  • £

Təyyarə qəzaya uğraması nəticəsində yaralananların vəziyyəti stabilləşib

Təyyarə qəzaya uğraması nəticəsində yaralananların vəziyyəti stabilləşib
20.05.2016 15:08
Azərbaycanın "SilkWay” aviaşirkətinə məxsus AN-12 təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti stabilləşib.
 
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin konsulluq xidməti departamenti məlumat yayıb.
 
Hazırda onlar Qəndəhar vilayətindəki hərbi hospitaldadırlar. Hazırda həmin iki şəxsin və hadisə zamanı həlak olmuş bir Ukrayna vətəndaşının ölkəsinə aparılması ilə bağlı məsələlər həll edilir.
 
Bildirilir ki, Ukraynanın eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən Tacikistandakı səfirliyi və Ukrayna XİN-in konsulluq xidməti departamenti xəsarət alan ukraynalı pilotların ailələri ilə əlaqədədir.
 
Qeyd edək ki, mayın 18-də "SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
 
Təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.
 
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstandadır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol