• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur"

Nazir müavini: "Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur"
28.05.2020 18:02
Azərbaycanda təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür. Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri daha çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri - mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır".

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında deyib. Onun sözlərinə görə, istedadlı gənclərin elmə istiqamətləndirilməsi və alimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində gələcəkdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki,  Milli Məclisdə 2-ci oxunuşdan keçmiş "Elm haqqında" qanun layihəsində bütün təşkilatlarda, o cümlədən ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi və elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb: "Ümid edirəm ki, bu tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində yüksək ixtisaslı gənc alimlərin yetişdirilməsinə imkan verəcək”.
 
C. Bayramov bildirib ki, ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir. Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət  ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. Yaşı 65-dən yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir: "Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol