• $
  • €
  • ₽
  • ₺
  • £

“Orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır”

“Orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır”
25.05.2016 23:26
"Bəzi şadlıq evləri, supermarketlər mentalitetə uyğun gəlməyən formada adlandırılır”

"Azərbaycanda V sinif dərslikləri akademik səviyyədə yazıldığından, orta məktəb şagirdləri onu başa düşmür. Bu sahə üzrə təcrübəli mütəxəssis olaraq deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır".

"Report"un xəbərinə görə, bunu AMEA Dilçilik İnstitunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, orta məktəb dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var.

Küçələrdəki afişalar və obyektlərin adlarında da dilin normalarının pozulması hallarına tez-tez rast gəlindiyini deyən M.Nağısoylu qeyd edib ki, bu problemin həlli istiqamətində bəzi rayonların icra başçıları ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: "Məsələn, "supermarket" sözu ayrı da, defislə də yazılır. Bunun vahid formada yazılışını müəyyənləşdirmək lazımdır. Bəzi şadlıq evlərinin, supermarketlər hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitotinqlər keçirir və "Qaynar xətt" vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır".

İnstitut direktoru vurğulayıb ki, Dilçilik İnstitutun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərinin hazırlanmasında iştirak edir. Onun sözlərinə görə, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi vətəndaşlar olan tələbələr üçün də "Azərbaycan dili" dərsliyinin hazırlanması lazımdır.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol