• $
  • €
  • ₽
  • ₺
  • £

Kitabxanalara vahid geyim forması tətbiq edilə bilər

Kitabxanalara vahid geyim forması tətbiq edilə bilər
26.05.2016 12:37
Mədəniyyət və Turizm Nazirliyi bütün kitabxanalara işçiləri üçün vahid geyim formasının tətbiqini tövsiyə edib.

Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Onun sözlərinə görə, kitabxanalarda vahid geyim formasının tətbiqi tövsiyə xarakterlidir.

L.Məmmədova deyib ki, artıq Sabirabad rayon kitabxanasında və Köçərli adına Uşaq Kitabxanasında vahid geyim forması tətbiq edilib: "Bunun həyata keçirilməsi kitabxanaların maliyyə imkanlarından asılıdır. Maliyyə imkanları olduqca bu iş tədricən həyata keçiriləcək".

L.Məmmədova deyib ki, vahid geyim formasının tətbiqi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ötən ilin sentyabr ayında verdiyi "Kənd kitabxana filiallarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" əmrə əsasən hazırlanan Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına kitabxana sahəsinin müasir dövrün tələblərinə uyğun inkişafı, məzmunca yeniləşməsi, yeni üsul və formalardan istifadə etməklə xidmətlərin təşkili üçün kitabxanaların fondlarına daxil olan yeni ədəbiyyatın təbliği, kitabxanalarda yeni xidmət növlərinin tətbiqi, kitabxanalarda vahid geyim formasının tətbiqi kimi məsələlər daxil edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol