Azərbaycanda yaşı 100-dən çox olan 538 seçici var

"İndiyə qədər seçici siyahları ilə bağlı hər hansı ciddi neqativ halla əlaqədar bizə müraciət daxil olmayıb”.
APA-nı məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
M. Pənahov deyib ki, Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yüksək səviyyədə həyata keçirilir.
MSK sədri bu il ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsinə əsasən Azərbaycanda ən yaşlı seçicinin də adını açıqlayıb. Bu, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində yaşayan 1890-cı ildə anadan olmuş Lena Abbasovadır. M. Pənahov ölkədə hazırda yaşı 100-dən yuxarı olan 538 seçici olduğunu da nəzərə çatdırıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib