• $
  • €
  • ₽
  • ₺
  • £

ATU-da dövlət imtahanları yeni sistem üzrə keçiriləcək

ATU-da dövlət imtahanları yeni sistem üzrə keçiriləcək
26.05.2016 20:45
Azərbaycan Tibb Universitetində (ATU) yay sessiyası imtahanlarına hazırlıqla bağlı müzakirə aparılıb.
 
ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə universitetin rektoru, professor Gəray Gəraybəyli imtahan nəzarətçiləri ilə görüşərək sınaq prosesinə hazırlıq işləri ilə tanış olub, imtahanların yüksək səviyyədə təşkili üçün qarşıda duran məqsədlər haqqında danışıb.

Rektor qeyd edib ki, iyun ayının 1-dən 21-dək ATU-da attestasiya, yekun dövlət imtahanları və buraxılış işlərinin müdafiəsi keçiriləcək: "Hər tədris ilinin sonunda bu proseduralar verilir. Lakin bu il Tibb Universiteti dövlət imtahanları ilə bağlı xeyli yeniliklər tətbiq edib. Bunlardan biri də beynəlxalq standartlara uyğun olaraq Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan sistemi ilə imtahanların keçirilməsidir. Artıq yeni sistemin tətbiqi ilə bağlı treninqlər keçirilib. İstənilən halda, OSKİ bizim üçün yeni üsuldur və prosesin təkmilləşdirilməsi davam etməlidir”.

Gəray Gəraybəyli bildirib ki, həmişə olduğu kimi qarşıda duran əsas məsələlərdən biri tələbələrə qarşı xoşməramlı münasibətin qorunub saxlanmasına nail olmaqdır: "Bununla bağlı universitetimizin xüsusi dəsti-xətti olub, belə də davam edəcək. İmtahanlar tam obyektiv şəaitdə keçirilməlidir, tələbələrə qarşı qayğı göstərilməlidir. Biz bu strategiyamıza sadiq olmalıyıq”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol