• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı cırtdanboyluların sayı AÇIQLANDI

Azərbaycandakı cırtdanboyluların sayı AÇIQLANDI
27.05.2016 19:26
Bütün dünyada olduğu kimi Azərbaycanda da cırtdan boylu insanlar var və müəyyən məqamlarda biz həmin insanlarla qarşılaşırıq. Bəs cırtdanboylu insanlar Azərbaycanda nə qədərdir.

Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova Modern.az-a açıqlamasında bildirib ki, nanizmlə (cırtdanboyluluq) bağlı Azərbaycanda 0-13 yaş uşaqlar üzrə 36 nəfər oğlan, 31 nəfər qız qeydiyyatdadır.

"23 nəfər oğlan, 19 nəfər qız isə 14-17 yaş arasındadır. Hazırda respublika üzrə ümumi 147 nəfər kişi, 131 nəfər qadın nanizmlə bağlı dispanser qeydiyyatdadır. Nanizm xəstəliyi irsi gəlir, xromosom səviyyəsində olan bir xəstəlikdir. Genetik faktor da bu xəstəlikdə rol oynayır. Böyük insanlarda 46 xromosom olur. Bu xəstəliyi olanlarda isə 45 xromosom olur. Həmçinin nanizmin yaranmasında anadangəlmə qüsurlar, travmalar, vərəm və sifilis kimi xəstəliklər də rol oynayır”.

S.Xəlilova bildirib ki, nanizmin bir qədər yüngül forması olan subnanizmdə sonradan boy artımı olur. Subnanizmdə kişilərdə boyun uzunluğu maksimmum 130 sm, qadınlarda isə 120 sm olur.

"Subnanizmlə bağlı 0-13 yaş arası 83 kişi, 75 qadın, 14-17 yaş arasında 21 kişi, 29 qadın qeydiyyatındır. Eyni zamanda terner sindoromu üzrə də bizdə qeydiyyat aparılır. Deməli bu xəstəlik üzrə 14-17 yaş arası 2 qadın qeydiyyatdadır. İnsanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açır. Söhbət X xromosomundan getdiyi üçün, bu xəstəlik qızların xəstəliyidir. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır. Bu qızların ailə qurması və uşaq dünyaya gətirməsi mümkün deyil”.

Endokrinoloq qeyd edib ki, bu xəstəliklər üzrə qeydiyyatda olanlar qeydiyyatda olmayanlardan azdır..

"Sadəcə bu xəstəliyə tutulanlar üçün dövlət proqramı olmadığı üçün şəxslər qeydiyyata düşmürlər. Xəstəliyin müalicəsində tətbiq olunan hormonal dərmanın qiyməti 200 manatdan yuxarıdır. Onlar bu dərmanı özləri aldıqları üçün, çox vaxt qeydiyyata düşmürlər. Lakin planda var ki, dövlət tərəfindən həmin xəstələrin dərmanla təmin olunması aparılsın”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol