• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır

Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır
31.05.2016 17:02
 Sabah Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil&Gas-2016") sərgisi və VI Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji ("Caspian Power-2016") sərgisi başlayacaq. "Report" xəbər verir ki, sərgilər iyunun 4-də başa çatacaq.

Sərgi ilə bağlı bu gün keçirilən mətbuat konfransında tədbirin əsas təşkilatçısı olan "İteca Caspian" şirkətinin icraçı direktoru Fərid Kərimov bildirib ki, bu il sərgidə 30 ölkənin 240 şirkəti iştirak edəcək. O qeyd edib ki, neft sektorunda baş verənlərə baxmayaraq sərgiyə maraq artıb. 
Xəzər Neft və Qaz Sərgisinin meneceri Tofiq Kərimov bildirib ki, bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edəcək: "Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcək. Hər il "Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir".

Tədbirin sponsoru SOCAR, qızıl sponsorlar BP və "Petronas” şirkətləri, gümüş sponsorlar isə "Bos Shelf” şirkətləridir. Digər sponsorlar arasında "Azeri M-I Drilling”, "AZFEN J.V.”, "Caspian Marine Services”, "Global Energy”, "SOCAR Polymer”, "Tekfen Construction” şirkətləri var.

"Caspian Power-2016" sərgisi "Xəzər neft və qaz, neft emalı və neft-kimya” ("Caspian Oil&Gas”) beynəlxalq sərgi-konfransı ilə eyni platformada keçiriləcək. 

"Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Belarus, Çin, Polşa və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərgidə 6 ölkədən 30 şirkət iştirak edəcək. Sərginin ekspozisiyası çərçivəsində elektrik enerjisinin həm texniki, həm də kommersiya məqsədləri ilə uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemlər, LED işıqlar, günəş batareyası panelləri, işıq-diod indikatorları, işıqlandırma sistemləri, müxtəlif kabel-naqil məhsulları, kommutasiya-paylayıcı cihazlar, habelə enerjiyə qənaət edən müasir avadanlıqlar, transformatorlar, izolyatorlar, elektrik açarları və bir sıra digər məhsullar təqdim olunacaq.

Sərgilərin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərə tutulub. 

Qeyd edək ki, iyunun 2-3-də ənənəvi beynəlxalq Xəzər Neft-Qaz konfransı da keçiriləcək. Sərgilərin və konfransın təşkilatçıları qismində "Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group” şirkətləri çıxış edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol