• $
  • €
  • ₽
  • ₺
  • £

​İranda azərbaycanlılar ana dilində təhsil ala biləcəklər

​İranda azərbaycanlılar ana dilində təhsil ala biləcəklər
31.05.2016 14:51

Əli Yunisi: Bu layihə ilk növbədə İranın Kürdüstan əyalətindəki məktəblərdə həyata keçiriləcək

"Hökumət əhalisinin çoxunu türklər (Azərbaycan türklərini nəzərdə tutur - "REPORT") və kürdlər təşkil edən bölgələrdəki məktəblərdə dərslərin xalqın öz dili olan türk və kürd dillərində tədris edilməsi haqda tapşırıq verib".

"Report" İranın "Tesnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidentinin dini və etnik azlıqlar üzrə xüsusi müşaviri, keçmiş kəşfiyyat və təhlükəsizlik naziri (ETTELAAT-ın keçmiş başçısı) Əli Yunisi Qərbi Azərbaycan əyalətinin Piranşehr şəhərində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu layihə ilk növbədə İranın Kürdüstan əyalətindəki məktəblərdə həyata keçiriləcək: "Bundan sonra ölkənin başqa bölgələrində də bu tətbiq ediləcək. Kürd dilində ədəbiyyat üzrə ali təhsil ocağının açılması bu şəhərdə yaşayan xalqın illər əvvəl istəklərinin nəticəsidir. Bu istəyi hökumət həyata keçirib".

Xatırladaq ki, İran əhalisinin 30 milyondan çoxu Azərbaycan türküdür. İrandakı hakimiyyətlər, hökumətlər ötən illər ərzində türklərə yalnız vədlər verib. Bir müddətdir ki, kürdlərin yaşadığı yerlərdəki məktəblərdə dərslərin kürd dilində tədris olunması istiqamətində bir sıra işlər görülüb. Ancaq Azərbaycan türklərinin sayı çox olan - Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Qəzvin, Ərdəbil, Mərkəz, Zəncan, Qəzvin, Əlburz, Həmədan, Tehran və başqa bölgələrdəki məktəblərdə ana dili tədris edilmir.

Qeyd edək ki, mayın 30-da İran prezidenti Həsən Ruhani mərkəzi Urmuiya şəhəri olan Qərbi Azərbaycan əyalətinə səfər edib. O, əyalətdəki kürdlərlə də görüşüb, onlara bir sıra vədlər verib, bu etnik qrupun milli - mədəni problemlərinin həlli istiqamətində gördükləri işlərdən danışıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol