• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan sərhədçilərinin döyüş hazırlığı Türkiyə mediasının diqqətində - VİDEO

Azərbaycan sərhədçilərinin döyüş hazırlığı Türkiyə mediasının diqqətində - VİDEO
31.05.2016 14:25
Dövlət Sərhəd Xidmətinin "Ağgöl” təlim bazasında sərhədçilərimizin taktiki təlimi Türkiyə mediasında geniş işıqlandırılıb. Belə ki, may ayının 17-dən 19-dək keçirilən taktiki təlimlərlə bağlı Türkiyə Radio və Televiziyasına (TRT) daxil olan telekanallarda süjetlər yayımlanıb və sərhədçilərimizin yüksək səviyyədə döyüş hazırlığı tamaşaçılara təqdim olunub. Sərhədçilərimizin təliminin "dosta güvən, düşmənə gözdağı” olduğunu vurğulayan telekanallar Azərbaycan sərhədçilərinin ölkə sərhədlərini qorumağa tam hazır olduğunu xüsusi qeyd ediblər. Taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin yüksək peşəkarlığı, ən müasir texniki vasitələrin və yüksək dəqiqlikli silahların tətbiq olunmasının Azərbaycan sərhədlərinin etibarlı mühafizəsini təmin etdiyi tamaşaçıların diqqətinə çatdırılıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl "Ağgöl” təlim mərkəzində keçirilmiş təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatan¬lardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təlimi müvəffəqiyyətlə başa vurub.
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol