• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda siqaretdən istifadə məhdudlaşdırılacaq

Azərbaycanda siqaretdən istifadə məhdudlaşdırılacaq
02.06.2016 15:53
Azərbaycanda tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
 
Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ümumdünya Səhiyyə Təşkilatının son statistikasında siqaretdən istifadəyə görə Azərbaycanın ön yerlərdə (13-cü yer) olmasına münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, 10 il ərzində bu məsələ zaman-zaman komitənin planına daxil edilib, hazırda isə yenidən gündəmə gəlib: "Artıq planlaşdırılıb və yaxın zamanda bununla bağlı ayrıca qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılması nəzərdə tutulur. Bu məsələ sağlamlıqla bağlı olduğu üçün MM-in Səhiyyə komitəsindən də keçəcək. Amma nəticədə siqaretin yaratdığı fəsad sosial problem, gələcəkdə əlilliyə səbəb olduğu üçün qanun layihəsinin hazırlanması ilə bizim komitə məşğul olacaq. Siqaretdən istifadə ilə bağlı cəmiyyətimizdə anormal vəziyyət müşahidə edirik. Məsələn, yeniyetmədən niyə siqaret çəkdiyini soruşursan, deyir bilmirəm. Yaxud deyir, filankəs çəkir, mən də çəkirəm. Ən dəhşətlisi isə odur ki, qadınlar arasında da siqaretdən istifadə halları artıb. Sonuncu statistika çox ciddi narahatlıq doğurur, ona görə də "Tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” sənədin hazırlanması gündəmdədir. Komitə üzvü Musa Quliyevlə fikrimiz var ki, qanun layihəsini hazırlayaq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol