• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb"

"Azərbaycanda 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb"
28.05.2020 20:56
"Əldə olunmuş yeni elmi materiallar emal edilərək Azərbaycan ərazisində mövcud olan sel, sürüşmə, morfotektonik, morfometrik gərginliklər müəyyən edilib".

"Report" xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) müxbir üzvü Elbrus Əlizadə AMEA-nın Yer Elmləri Bölməsinin növbəti iclasında deyib.

Alim bildirib ki, müasir qlobal iqlim dəyişiklikləri və Yer kürəsində təbii geosistemlərə olan təbii-antropogen təzyiqlər durmadan artır. Bu isə öz növbəsində ekocoğrafi mühitdə əvvəllər müşahidə olunmayan ekodinamiki gərginliklər yaradır. Elbrus Əlizadə ortaya çıxan təhlükələrin qiymətləndirilməsi, baş verə biləcək risklərin proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin müasir dinamiki vəziyyətini tədqiq etməyin, inkişaf trendlərini müəyyənləşdirməyin vacibliyini vurğulayıb. 

Direktor müavini Coğrafiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlardan danışıb: "İnstitutda qlobal iqlim dəyişiklikləri fonunda ölkə ərazisində gərgin təbii antropogen şəraitdə formalaşan landşaft-geomorfoloji geosistemlərinin müasir vəziyyəti, yeni metod və üsullardan – aero və kosmik şəkillərin rəqəmsəl deşifrlənməsi, onların ARCGİS mühitdə təhlili, morfometrik, statistik və s. – istifadə etməklə tədqiq edilib".

O ilk dəfə olaraq iri və orta miqyaslı "Azərbaycan Respublikasının müasir landşaftı" və "Azərbaycan Respublikasının geomorfoloji" xəritələrinin hazırlandığını da diqqətə çatdırıb.

Elbrus Əlizadə bildirib ki, əldə olunmuş yeni elmi materiallar emal edilərək ölkə ərazisində mövcud olan sel, sürüşmə, morfotektonik, morfometrik gərginliklər müəyyən edilib: "Məlum olub ki, təbii dağıdıcı hadisə və proseslərin başvermə tezlikləri artıb, onların əhatə etdikləri ərazilər genişlənib və 10 minlərlə əhalinin yaşadığı 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb".

Bakı ərazisində sürüşmə prosesinin inkişaf dinamikasının tədqiq edildiyini deyən alim paytaxtın perspektiv inkişaf planı nəzərə alınmaqla sürüşmə-uçqunların potensial yayılma areallarının aşkarlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir.

Elbrus Əlizadə bildirib ki, alınan kompleks məlumatlar emal edilərək ölkə ərazisindəki geokomplekslərdə müxtəlif məzmunlu və istiqamətli landşaft-ekoloji qiymətləndirilmələr aparılıb. Baş verən qlobal və regional dəyişikliklər nəzərə alınmaqla gələcəkdə tətbiqi xarakterli antropogen-geomorfoloji, geomorfoloji risk, landşaft-ekoloji, tibbi-landşaft və landşaft-geokimyəvi istiqamətli tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğu əsaslandırılıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol