Mübariz Qurbanlı: "Qonaqların dini ayinləri icra etməsi üçün şərait yaradılıb"

"Formula-1" yarışlarında iştirak üçün Azərbaycana gələcək qonaqların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb.
ANN.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, qonaqların dini ayinləri icra etməsi üçün şərait yaradılıb: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu tədbirlərə müəyyən hazırlıq işləri görüb. Azərbaycanda məscidlər, kilsə və sinaqoqlar birgə fəaliyyət göstərirlər. Biz həm sinaqoq, həm kilsə, həm də məscidlərdə müəyyən tədbirlər həyata keçirmişik. İbadət məkanlarında şərait olsa da, gələcək qonaqların, turistlərin sayı nəzərə alınaraq onların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb, şərait yaradılıb”.
Qeyd edək ki, bu gün Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radilakizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün birgə Tədbirlər Planına uyğun olaraq, "Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir" mövzusunda konfrans keçirilib.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























